Xocalı adlı bir şəhər

Xocalı soyqırımının iyirmi yeddinci ildönümünə həsr edilmiş növbəti tədbir “Xocalı adlı bir şəhər” adlanırdı. 25 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə keçirilən tədbir ədəbi-bədii kompozisiya və soyqırım şahidləri ilə görüşdən ibarət idi.
Məktəbimizin bu dəfə qonaqları Xocalı sakinləri İsmayılov Rasim Səməndəroğlu və İsmayılova Nuranə xanım idi. Soyqırım şahidi R.İsmayılov bildirirdi ki, o bu müsibəti 13 yaşında olarkən gözləri ilə görüb və günlərlə meşədə qalıb. Bu hadisədə onun qohumlarının çoxu itkin düşüb və əsir aparılıb. O qeyd etdi ki, bu vəhşilikləri onun özü və bütün xocalılar heç vaxt unutmuyacaqlar.