Geniş tədbir

21 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Beynəlxalq Ana dili günü” münasibətilə geniş tədbir keçirildi. Tədbirdə hələ Ş.İ. Xətai dövründən başlayaraq bu günümüzə qədər zaman-zaman müstəqil, zaman-zaman əsarət altında olan dilimizin gözəlliyindən, zənginliyindən danışıldı. “Dilimiz, qeyrətimiz, vətənimiz” deyən şagirdlərimiz Ş.İ. Xətainin, Aleksandr Dümanın, M.Y.Lermontovun, H.Ə.Əliyevin Azərbaycan dili haqqında söylədikləri dəyərli fikirləri bir daha xatırlatdılar.
Ümumimilli liderimiz H.Ə.Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında”, “ Azərbaycan əlifbası” və “Azərbaycan dili gününün təsis edilmısi” haqqında fərmanlarının dilimizin inkişafına olan təsiri vurğulandı. Tədbirimiz “Əziz dostlar, gəlin ana dilimizi göz bəbəyi kimi qoruyaq, inkişaf etdirək və yaşadaq” şüarı altında tamamlandı.