Valideynlərlə iclas

19 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdlərinin valideynləriylə görüş keçirildi. Görüşdə əsas məqsəd təhsil prosesinə valideynin cəlb edilməsi, məktəb valideyn şagird əməkdaşlığını möhkəmləndirilməsi və valideyn məsuliyyətinin artırılması idi.
İclasda məktəbin direktoru Əkbərova Gülnarə, təlim tərbiyə işləri üzrə direktor müavini Ağayeva Bahar və tərbiyə işləri üzrə direktor müavini Qasımova Ulduz iştirak etdilər. Çıxışlar zamanı şagirdlərin I yarımil nəticələri, zəif şagirdlərlə işin təşkili, məktəbdaxili nizam-intizam qaydaları və onlara riayət edilməsi barədə danışıldı. Valideynlərin fikirləri, rəy və təklifləri dinlənildi.