Valideynin məktəbdə bir günü

19 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı lahiyəsi keçirildi. Məktəb kollektivi ilə müntəzəm əlaqədə olan, məktəbin ictimai-sosial həyatında aktiv, təşəbbüskar və yaradıcı olan valideynlər əvvəlcə məktəbdə hörmətlə qarşılandı. Məktəbin direktoru Gülnarə Əkbərova və məktəbin Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova valideynləri ümumtəhsil müəssisəsi ilə əyani tanış etdilər. Daha sonra sinif rəhbərləri ilə birlikdə onlar dərsləri müşahidə etdilər.
Valideynlər üçün seminarı məktəbin psixoloqu Könül Hümbətova və Təlim tərbiyə işləri üzrə direktor müavini Bahar Ağayeva təşkil etdi. Saat 12.00-da isə bədii hissə başlandı. Şagirdlərin şeir , mahnı və rəqsləri onların valideynlərini qürurlandırdı.
Beləliklə məktəblə valideyn arasında olan münasibəti daha da yaxınlaşdı. Ümid edirik ki, bu tədbir şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə müsbət təsir edən bir amil olacaqdır.