İdeoloji maarifləndirmə

   18 fevral 2019-cu ildə Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsində növbəti mühazirə keçirildi. Mühazirənin mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya reytinqli idman yarışları və siyasi tədbirlərə, incəsənət lahiyələrinə ev sahibliyi etməsi idi.
Mühazirəçi Hacıyeva Şəbnəm Əlisübhi qızı idi. Ş.Hacıyeva son 15 ildə Azərbaycanın idman və incəsənət sahəsində qazandığı nailiyyətləri slaydlarla nümayiş etdirdi və bu sahədə geniş məlumat verdi. Məruzəçi məktəbimizin də bu tədbirlərə həvəslə qoşulduğunu vurğuladı. Sonda bədii gimnastika üzrə məktəbimizin 5 “A” sinif şagirdi Məsimov Sara və 2 “D” sinif şagirdi Şahverənov Nərmin öz nömrələrini nümayiş etdirdilər.
Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova, bir qrup müəllimlər və VII-VIII sinif şagirdləri iştirak etdilər.
Tədbiri təşkil etməkdə məqsədimiz Uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibətin yaradılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi