İdeoloji maarifləndirmə

    Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə 14.02.2019-cu il tarixində İdeoloji maarifləndirmə sahəsində növbəti mühazirə keçirildi. Mühazirənin mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının maddi rifahının və sosial vəziyyətinin yüksəldilməsi, o cümlədən məcburi köçkün əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülənişlər idi. Mühazirəçi Kəlbəcər rayonundan məcburi köçkün olan məktəbin müəllimi Quliyeva Yasəmən Həsrət qızı auditoriyaya geniş və əhatəli məlumat verdi. Tədbirdə məktəbin Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova, bir qrup müəllim və IX-X siniflərin şagirdləri iştirak etdilər.

   Tədbir sənədli filmlərdən hissələr və slaydlarla işıqlandırıldı. Bununla da şagirdlərdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan nailiyyətlərə obyektiv münasibəti bəsləməyi aşılamış olduq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi