Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi

Bakı şəhər məktəblərinin kimya elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkminləşdirilməsi, şagirdlərin praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə 14.02.2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin I mərhələsi keçirildi. Müsabiqədə məktəbin IX-XI sinif şagirdləri iştirak etdilər.