Şagirdlərin tərbiyə olunma sistemi

   12 fevral 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə İdeoloji maarifləndirmə sahəsinə aid olan əvvəlcə mühazirə, sonra isə seminar keçirildi. Həm mühazirədə həm də seminarda məktəbin VIII-IX sinif şagirdləri iştirak edirdi. Məktəbin Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova və bir qrup müəllimin iştirak etdiyi tədbirdə mövzu  “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına uyğun olaraq keçirildi. Məruzəçi  10 “A” sinif rəhbəri  Qədirova Leyla Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi mövzusunda əhatəli məlumat verdi. O, öz məruzəsini slaydlarla da işıqlandırdı.

   Uşaq və yeniyetmələrdə ölkəmizdə baş verən ictimai-siyasi və sosial hadisələrə, qazanılan obyektiv münasibətin yaradılması baxımından seminar isə məktəbin Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova aparırdı. O, şagirdlərin maraqlı suallarını çox əhatəli cavablandırdı. İştirakçılar tədbirdən xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi