Pedaqoji Şura

Məktəbin fəaliyyət planına uyğun olaraq 31 yanvar 2019-cu il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın iclası oldu. İclasda I yarımilin yekunları haqqında əvvəlcə məktəbin direktoru Gülnarə Əkbərovanın, sonra isə direktor müavinləri E.Qocayeva, U.Qasımova, B.Ağayeva və X.Allahverdiyevanın hesabatları dinlənildi. Daha sonra metodbirləşmə sədrləri öz fənləri üzrə hesabatlarını təqdim etdilər. Şura iclasın sonunda II yarımildə qarşıda duran vəzifələrdən danışıldı.