Şagirdlərlə gəzinti

Vətənpərvərlik ruhunun formalaşdırılması məqsədi ilə 23 yanvar 2019-cu ildə Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin 4 “F” sinif şagirdlərinin Azərbaycan Hərb Tarixi muzeyinə gəzintisi təşkil edilmişdir. Gəzintiyə sinif rəhbəri Məmmədova Cəlalə müəllim nəzarət edirdi. Şagirdlərimiz muzeydə şanlı hərb tariximizlə yaxından tanış oldular. Onlar SSRİ dövründə yaşayıb, qəhrəmanlıqlar göstərmiş Sovet İttifaqı Qəhrəmanlarının həyatı ilə daha yaxından maraqlandılar. Bu günümüzün Milli Qəhrəmanları isə uşaqların idealları idilər.