“Mehdi Hüseynzadənin 100 illiyi”

Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə “Mehdi Hüseynzadənin 100 illiyi” qeyd edildi. Təşkil edilmiş geniş tədbirdə M.Hüseynzadənin həyat və fəaliyyəti işıqlandırıldı. Onun vətənə xalqa bir yazıçı və şəxsiyyət kimi xidmətləri xatırladıldı. Sondan “Uzaq sahillərdə” filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi