"Heydər Əliyevin xatirəsinə" həsr olunmuş geniş tədbir

06.12.2018-ci il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin fəaliyyət planına uyğun olaraq geniş tədbir keçirildi. Tədbir Ulu öndər H.Ə.Əliyevin xatirəsinə həsr olunmuşdu. Məktəb kollektivi və qonaqlar çox maraqlı video-çarxlara və səhnəciklərə tamaşa etdilər. Şagirdlərimizin ifasında xor, mahnılar və şeirlər səsləndi. Qonaqlarımız YAP Suraxanı rayon təşkilat aparatının rəhbəri Fərman Rəsulov, Suraxanı rayonu İcra hakimiyyətinin ictimai siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Orxan Nəbiyev və Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahid Daniyev tədbirimiz haqqında yüksək fikirlər söylədilər.