Şagirdlərlə toplantı

5 dekabr 2018-ci il tarixdə Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə toplantı keçirildi. Toplantıda 8, 9, 10-cu sinifdə oxuyan qız şagirdlər iştirak etdilər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova və məktəbin psixoloqu Könül Hümbətova şagirdlərlə əxlaqi-tərbiyəvi mövzuda söhbət etdilər. Toplantı şagirdlər tərəfindən maraqla qarşılandı. Şagirdlər öz sinif rəhbərləri ilə bərabər qatıldıqları bu cür müzakirələrin tez-tez olmasını arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi