"Ölümünü sifariş edənlər"

  Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbir sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

  Heydər Əliyev mərkəzində narkomaniyaya qarşı "Ölümünü sifariş edənlər" adı altında tədbir keçirildi. Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova və məktəbin psixoloqu Könül Hümbətovanın rəhbərliyi ilə yuxarı sinif şagirdləri də tədbirdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi