"Dostluqda sədaqət, dosta kömək"

26.11.2018-ci il tarixində 1"F" sinifinin rəhbəri Sultanova Aynur Mir Ayaz qızının rəhbərliyi ilə "Dostluqda sədaqət, dosta kömək" mövzusunda sinif təşkilat saatı keçirildi. Təşkilat saatında "İki yoldaş" nağılı şagirdlərə dinlədildi. Şagirdlər nağılda baş verən hadisələr haqqında müzakirə apardılar. Şagirdlər bu nağılda dostların bir-birini çətin vəziyyətdə qoyub getdiyi və bunun yaxşı vəziyyət olmadığı nəticəsinə gəldilər. Başqa hansı nağılda dostluq mövzusu işləndiyi haqqında sorğu keçirildi.Sorğunun nəticəsində "Tıq-tıq xanım" nağılı seçildi və nağılın videoçarxı izlənildi.
Şagirdlər dostluğa aid atalar sözləri və şeirlər söylədilər. Sonda isə "Dostluq himni" adlı uşaq mahnısı səsləndirildi.