“Bayraq günü” müz mübarək.

    Məktəbin fəaliyyət planına uyğun olaraq 316 nömrəli tam orta məktəbdə 9 Noyabr-Bayraq günü ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri də 08.11.2018-ci il tarixində məktəbin Akt zalında baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Məktəbimizdə keçirilən genişmiqyaslı tədbir Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağının gətirilməsi ilə başladı. Tədbir zamanı şagirdlər mövzu ilə bağlı şeir, mahnı ifa etdilər və milli rəqslər nümayiş etdirdilər. Leyla Ramazanlı şagirdlərlə birlikdə Azərbaycan mahnısını ifa etdi. Sonda məktəb direktoru Əkbərova Gülnarə və tərbiyyə işləri üzrə direktor müavini Qasımova Ulduz hər kəsi təbrik etdi və tədbir zamanı milli rəqsləri ilə tədbirə rəng qatan şagirdlərə “Təşəkkürnamə”lər təqdim etdilər.

“Bayraq günü” müz mübarək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi