“Bayraq mənim mənliyimdir”

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. 316 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət bayrağı günü ilə əlaqədar silsilə tədbirlər keçirildi. Həmçinin məktəbimizdə 1 noyabr tarixindən start verilmiş “Bayraq mənim mənliyimdir” adlı rəsm müsabiqəsinin əl işləri ilə seçilən şagirdləri məktəb rəhbərliyi tərəfindən Diplom ilə təltif olundu. Şagirdlərə Diplomlarını təlim tətbiyyə işləri üzrə direktor müavini Allahverdiyeva Xəyalə təqdim etdi.