Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya

9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq məktəbimizin 3“Ç” sinif şagirdləri Azərbaycan Hərb Tarixi Muzeyində ekskursiyada oldular. Ekskursiyanın məqsədi şagirdlərədə vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması idi. Qeyd edək ki, muzey 1992-ci ildə yaradılıb və Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə öz ekspozisiya və vitrinlərində əks etdirir. Ekskursiya zamanı Muzeydə şagirdlərin diqqətini ən çox cəlb edən eksponatlar arasında Naxçıvandakı Oğlanqalanın maketi, Atropatena dövlətinin başçısı Atropatın heykəli oldu. Ekspozisiyasının zənginliyinə görə şagirdlərdə diqqəti cəlb edən digər bölmə Xanlıqlar dövrü zalı oldu. Burada Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında bələdçi tərəfindən məlumat verildi .