“Bayrağım qürurumdur” adlı məktəblərarası “Dama” idman yarışı keçirildi...

    07.11.2018-ci il tarixdə 232 nömrəli tam orta məktəbdə  “Bayrağım qürurumdur”  adlı məktəblərarası “Dama” idman  yarışı keçirildi. Yarışda 84, 85, 140, 232, 316, 327 nömrəli məktəblərin komandaları iştirak etdi. Məqsəd şagirdlərdə vətənpərvərlik hissi aşılamaq, dövlət atributlarına xüsusən üçrəngli bayrağımıza olan sevgini və ehtiramı yüksəltmək, qürur  və fəxarət hissləri aşılamaq, sağlam həyat tərzini formalaşdırmaq, məktəblərarası əməkdaşlığı gücləndirməkdir. Yarış 3 turdan ibarət idi. Finala çıxan komandalar 1 – ci, 2 – ci, 3 – cü yer uğrunda mübarizə apardılar. 1 – ci yerə 85, 2 – ci  yerə 232, 3 – cü yerə 316 №li məktəbin komandaları çıxdı. Qalib komandalar medallar və diplomla, qalan komandalar iştirakına görə təşəkkürnamə ilə təltif olundular. Sonda komandalar xatirə şəkli çəkdirdilər. Tədbirdə məktəb direktorları, Təhsil İdarəsi Təlimə dəstək mərkəzinin metodisti, icma nümayəndələri,  valideynlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi