"Şagirdlərimiz Dövlət Gənc Tamaşaçılar Teatrında ekskursiyada"

Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi və şagirdlərin dünyagörüşünün artırılması məqsədilə 316 №li tam orta məktəbin 3"c" sinif müəllimi Gülarə Şükürova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına ekskursiya təşkil etdi. Gəzinti şagirdlərin marağına səbəb oldu. Şagirdlər teatrın zalında əyləşib “Qaraca qız” tamaşasına baxdılar. Sonda şagirdlər aktyorlarla tanış olub, xatirə şəkilləri çəkdirdilər.