"Şagirdlərdə süfrə mədəniyyəti qaydalarının aşılanması"

İbtidai sinif şagirdlərində əməyə marağın yaranması və bacarıqların daha da inkişaf etdirilməsi üçün məktəbin 4e sinifində sinif rəhbəri Rəna Məmmədovannın təşkilatçılığı ilə texnologiya dərsindən nümunəvi dərs keçirildi. Dərs şagirdlərin xüsusi fəallığı ilə keçirildi. Müəllim dərs zamanı qida məhsullarının faydasından da bəhs etdi. Dərsdə əsas məqsəd süfrə mədəniyyəti qaydalarını uşaqlara aşılamaq, etiket qaydalarına düzgün riayət etməyi mənimsətmək idi. Yemək üçün masa arxasında təmiz paltarla, həm də əllər və üz yuyulduqdan sonra oturmaq lazımdır. Masa arxasında oturarkən baş harasa qoyulmaz, dirsəklənmək olmaz, yatmaq olmaz. Həmçinin sinif rəhbəri şagirdlərə yeməyin harada yeyilməsindən asılı olmayaraq süfrə qaydalarına əməl etməyin vacibliyindən danışdı.
Dərs 316 nömrəli tam orta məktəbin direktoru Gülnarə Əkbərova, təlim tərbiyə işləri üzrə direktor müavinləri Xəyalə Allahverdiyeva və Bahar Ağayeva tərəfindən izlənildi.