"9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə müsabiqə keçirildi"

Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib. 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə 316 nömrəli tam orta məktəbdə rəsm müsabiqəsi keçirildi. Müsabiqəyə məktəbin bütün sinifləri cəlb olunmuşdur və şagirdlər tərəfindən çəkilən şəkillərlə məktəb guşəsi yaradıldı.