“Bayrağımız qürur mənbəyimizdir!”

9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Bakı məktəbləri” “Facebook” qrupunda “Bayrağımız qürur mənbəyimizdir!” adlı fotomüsabiqə elan edilmişdir. Müsabiqənin məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, həmçinin, şagirdlərin yaradıcı istedadını üzə çıxarmaqdan ibarətdir.