"Ekologiyanın insan həyatında əhəmiyyəti"

    Ekologiyanın insan həyatında əhəmiyyətini qeyd etmək üçün 31.10.2018-ci il tarixdə 316 nömrəli tam orta məktəbdə müəllimlərin və şagirdlərin iştirakı ilə tədbir keçirildi. Təsadüfü deyil ki,  bu mövzuya diqqəti cəlb etmək üçün oktyabr ayının  29,30,31 tarixlərində məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirilmişdir. Qeyd etmək lazımdır ki, sağlam ekoloji mühit, sağlam hava, təmiz su – bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Dövlət başçısı İlham Əliyev tərəfindən 2010-cu ilini “Ekologiya ili” elan olunması bu sahəyə diqqətin göstəricisidir. Bu sahə üzrə  görülən işlər sırasında əsas yeri yaşıllıqların artırılması tutur. İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir. Şagirdlərimizdə tədbir boyunca səhnəcklərlə bu ifadəni doğruladılar. Şagirdlər tərəfindən məruzə əsnasında açıq və qapalı yerlərdə çirklənmiş havanın, suyun, qeyri-adekvat sanitar qaydalarının, qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləri olduğu diqqətə çatdırıldı.

    Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi