“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağacəkmə aksiyasına Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli tam orta məktəb də qoşuldu. Oktyabr ayının 29,30,31 tarixlərində müəllim və şagird heyətinin iştirakı ilə məktəbin həyətyanı sahəsində çoxlu sayda müxtəlif cinsli ağaclar əkilib. 150-yə yaxın əkilən bu ağacların əksəriyyəti həmişəyaşıl ağaclar idi.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.