"Şagirdlərimiz Qala Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksində"

Bakı şəhəri 316 №li tam orta məktəbin ibtidai sinif müəllimi Rüstəmova Cəlalə Elburus qızı 4f sinif şagirdləri ilə asudə vaxtın səmərəli keçirilməsi ilə əlaqədar olaraq Qala Dövlət Tarix Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə gəzinti təşkil etdilər. Arxeoloji-Etnoqrafik Muzey Kompleksində şagirdlər Qərb və Şərqin qovuşuğunda yerləşən Bakı kəndlərinin həyat tərzi, adət-ənənələri ilə interaktiv şəkildə tanış oldular. Şagirdlər həmçinin dəmirçilik, dulusçuluq, xalçaçılıq emalatxanalarında peşə ustalarının iş proseslərini də izlədilər. Onuda qeyd edəkki Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır. Dünyanın açıq səma altında yaradılmış nadir muzeyləridən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidə eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sair canlı olaraq qorunub saxlanılmışdır. Daha sonra şagirdlər Duluzçuluq və heykəltaraşlıq emalatzanasında oldular.