Məktəbəqədər şagirdlərdə estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqlarını formalaşdırmaq...

Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibətinin, zəruri həyati bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Bu baxımdan 316 №li tam orta məktəbdə məktəbəqədər hazırlıq qrupu təşkil edilmişdir. İbtidai sinif müəllimi Şəlalə Ağayeva tərəfindən aparılan məşğələlər beşyaşlılarda estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqlarını formalaşdımağa xidmət edir. 29 oktyabrda qrupun məşğələləri təlim tərbiyə işləri üzrə direktor müavini Allahverdiyeva Xəyalə Vahid qızı tərəfindən izlənildi.