III-IV siniflərdə monitorinq

26.10.2018-ci il tarixdən başlayaraq məktəbimizin III-IV siniflərində TTİ üzrə direktor müavini Allahverdiyeva Xəyalə Vahid qızının rəhbərliyi altında monitorinqlərə start verilmişdir. Monitorinqlərin keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətini artırmaq, nailiyyətləri və çatışmazlıqları müəyyən etməkdir. Şagird nailiyyətlərinin monitorinqindən alınan məlumatlar vasitəsilə məktəb fəaliyyətinin hazırkı vəziyyətini sistemli və obyektiv şəkildə proqnozlaşdırmaq da mümkün olacaqdır.