"Sağlamlıq üçün şəxsi gigiyenanın vacibliyi"

    Şəxsi gigiyena qaydalarının bünövrəsi kiçik yaşalarda valideyinlərimiz tərəfindən qoyulur. Digərləri isə həyatımızın və cəmiyyətin inkişafı ilə yaranır. Orqanizmi çoxlu xəstəliklərdən müdafiə etmək üçün bizə kiçik yaşlarda yeməkdən əvvəl əl yumağı öyrədiblər. Dişlərin təmizlənməsi yemək qalıqlarını təmizləməklə yanaşı, təravətli nəfəsi də təmin etmiş olur. Şagirdləri bu mövzuda marifləndirmək üçün məktəbimizin tibb bacıları Qazıyeva Aytən və Osmanova Nəzakət şagirdlərə gigiyena haqqında məlumat verdi və sağlamlıq üçün şəxsi gigiyenanın vacibliyini vurğuladılar. Mütamadi olaraq əllərin yuyulması, dişlərin təmizlənməsi, duş qəbul etməyin vacibliyi şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi