“Bilik yarışı”

25.10.2018-ci il tarixdə 316 №li tam orta məktəbdə riyaziyyat fənnindən “bilik yarışı” keçirildi. Yarışda hər sinifdən 3 nəfər şagird olmaqla 27 nəfər şagird iştirak etdi. Yarışın məqsədi uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması idi. Bilik yarışında 6 qalib şagirdimiz məktəbin direktoru Əkbərova Gülnarə Fuad qızı tərəfindən Diplom ilə təltif olundu.