“Dünyanın himni uşaq gülüşüdür”

    22.10.2018-ci il tarixində 1f sinfinin rəhbəri Sultanova Aynur Mirayaz qızının rəhbərliyi ilə “Dünyanın himni uşaq gülüşüdür” başlığı altında sinif təşkilat saatı keçirilmişdir. Dərs zamanı nümayiş olunan slaydlarda əsas məqsəd şagirdlərə özünüdərketməyi mənimsətmək idi.  Slayda giriş “Qaraca qız” filmindən Tutunun baba ilə və Xanımla olan  epizodlarını özündə əks etdirən video ilə başladı. Burada məqsəd həmin filmdəki baş qəhrəman Tutunun hansı hüquqlarının pozulduğunu və bunun Tutuya necə təsir etdiyini şagirdlərə göstərmək idi. Daha sonra şagirdlər Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunan uşaq hüquqları ilə şəkillər əsasında tanış oldular və həmin şəkillərdə təsvir olunmuş hadisələr əsasında müzakirələr pardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi