"3ə sinfində nümunəvi dərs keçirildi"

17.10.2018-ci tarixdə 3ə sinfində sinif rəhbəri Pərvin İsayeva Ana dili dərsindən nümunəvi dərs keçirdi. Dərsin mövzusu “Qeybət” idi. Müəllim, qeybətin, xəbərçiliyin pis xususiyyətlərindən söz açdı, şagirdlərə bu xususiyyətlərdən uzaq durmağı və çalışdıqca xeyirxah, qayğıkeş, dostluqda möhkəm olmağı aşıladı. Nümunəvi dərs Təlim Tərbiyə İşləri üzrə Direktor müavinləri Bahar Ağayeva və Xəyalə Allahverdiyeva tərəfindən dinlənilərək müsbət qiymətləndirildi.