"Tarixə səyahət"

    316 nömrəli tam orta məktəbin 4e sinif şagirdləri qədim mədəniyyət mərkəzi olan Şirvanşahlar  sarayında ekskursiyada oldular. Şagirdlər kompleksdə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məsçidi, Saray hamamı ilə  tanış oldular. Onuda qeyd etmək lazımdır ki, Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir. Ekskursiyada Qədim Bakının küçələrini, hər biri bir mədəniyyət abidəsi olan binalarını görmək şagirdlərin marağına səbəb oldu. Daha sonra sinif rəhbəri Rəna Məmmədova şagirdləri miniatür kitab muzeyi ilə tanış etdi. Miniatür kitabları görmək uşaqların sevincinə səbəb oldu. Kitab muzeyində muzeyin bələtçisi şagirdlərə kitablar haqqında geniş məlumat verdi. Vitrinlərə 73 ölkədə nəşr edilmiş 3750 miniatür kitab düzüldüyü və muzeyin kitab fondunda 5300-dən çox miniatür nəşr  olduğunu şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi