“Təhsil bizim gələcəyimizdir”

“Təhsil bizim gələcəyimizdir” 4ç sinfində keçirilən təşkilat saatının mövzusu belə idi. Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. Aqil insanlar «Təhsil xəzinədir» deyiblər. Demək, təhsil xəzinədirsə, əmək onun açarıdır. Yəni insanın əqli və fiziki bacarıqlarının məcmusu təhsillə əməyin birləşməsidir. Təhsil əməyə çevrilən zaman reallaşır, formalaşır və cəmiyyətin hansısa bir sahəsinə tətbiq olunur. Cəmiyyətə və dövlətə yararlı olur. 09.10.2018-ci il tarixdə keçirilən təşkilat saatında da təhsil almağın, savadlı cəmiyyətlə irəli getməyin vacibliyi sinif rəhbəri Cəmilə müəllim tərəfindən slaydlarla şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər təhsilə, məktəbə, elmə aid olan şeirləri və mahnıları böyük həvəslə söylədilər.