"Uşaqların hüquq və vəzifələri"

 Uşaqların hər biri dövlətin gələcəyidir. Qeyd edək ki, bütün uşaqlar bərabər hüquqlara malikdir. 316 nömrəli tam orta məktəbin 2ə sinfində “Bizim hüquq və vəzifələrimiz”  adlı təşkilat saatı keçirildi.  Sinif rəhbəri uşaqların hüquq və vəzifələri haqqında şeirlər, mahnılar və slaydlarla şagirdləri öz hüquqlarını bilməyi və vəzifələrini icra etməyi daha aydın izah etməyə çalışdı. Həmçinin uşağın cəmiyyətdə davranış qaydalarına əməl etmək, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olmaq, özünü faydalı fəaliyyətə hazırlamaq, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə, oz xalqının və başqa xalqların ənənələrinə hörmətlə yanaşmaq və digər vəzifələrindən söz açdılar. Sinif rəhbəri  Ağabalayeva Lamiə və məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Qasımova Ulduz dövlətimizdə  uşaqların hüquqlarının daima qorunmasından danışdılar. Sonda Təhməzli Sərkan və Həsənli Məlahət “Bizim məktəb” şeirini səsləndirdilər. Hüquq və vəzifələrdə təkcə dövlətin sosial sisteminin normal həyat fəaliyyəti üçün vacib, faydalı, məqsədəuyğun hesab etdiyi əxlaq, nümunə və standartları qeyd olunmur. Həm də dövlətin və şəxsiyyətin qarşılıqlı münasibətinin əsas prinsipləri göstərilir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi