Qədim ənənələrimizi yaşadaq...

Qədim ənənələrimizi yaşatmaq məqsədi ilə 316 nömrəli tam orta məktəbin müəllimi Məmmədova Solmaz və 4a sinifinin şagirdləri Duluzçuluq və heykəltəraşlıq emalatxanasında olublar. Duluzçuluq və heykəltəraşlıq həyat hadisələrini bədii obrazlar vasitəsi ilə əks etdirən sənət növüdur. Min illərdən bəri yaradılmış heykəl nümunələri bəşər tarixinin canlı şahidləridir.
Məktəbin şagirdləri də gələcəyə gedən yol keçmişdən keçir deyib gildən olan məişət əşyaları , müxtəlif heyvan fiqurları hazırlayıb, eyni zamanda ustaların əl işləri ilədə tanış olublar.