Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 316 nömrəli tam orta məktəbdə "Azərbaycanın memarı " adlı tədbir keçirildi.

Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə səslənib. Bu bir həqiqətdir. Məhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoydu. O, bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider idi.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 316 nömrəli tam orta məktəbdə "Azərbaycanın memarı " adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və mahnılarla çıxış etdilər.