01.05.2018-ci il tarixində 316 nömrəli tam orta məktəbdə Rəcəbova Təranə Əli qızının təşkilatçılığı ilə biologiya gecəsi keçirildi.

01.05.2018-ci il tarixində 316 nömrəli tam orta məktəbdə Rəcəbova Təranə Əli qızının təşkilatçılığı ilə biologiya gecəsi keçirildi.Biologiya hər yerdədir: təbiətdə , cəmiyyətdə, insan həyatında, dərman bitgiləri kimi insanın sağlamlığında, incəsənətdə, mahnılarda və.s özünü göstərir. Bu fikirlər tədbir iştirakçısı olan şagirdlər tərəfindən söylənildi. Həkim biologiyadan necə istifadə etdiyini, rəssam biologiyanı öz əsərlərində necə təsvir etdiyini, müəllim biologiyanı necə tədris etdiyini, müğənnilər bitgilər və meyvələr haqqında necə oxuduqlarını bu gün şagirdlər öz rollarında əks etdirdilər. Biologiya gecəsi böyük maraqla qarşılandı...