31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

1918-ci ilin 30 mart 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Zəngəzur, Lənkəran, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bununla əlaqədar 316 nömrəli tam orta məktəbdə 28.03.2018-ci il tarixində xüsusi dərs məşğələsi, sənədli film nümayişi, 29.03.2018-ci il tarixində dəyirmi masa keçirildi.