Ana dilim, Doğma dilim...

Məktəbimizdə Ana Dilimiz haqqında keçirilən tədbir çox maraqlı oldu. Fevralın 21-də 316№li tam orta məktəbin ibtidai siniflərinin fəal iştirakı ilə ana dilimizin saflığı, şirinliyi, gözəlliyi nümayiş etdirildi. Tədbirdə məktəbimizin Tərbiyə İşləri üzrə direktor müavini Ulduz Qasımova Beynəlxalq Ana Dili gününün tarixi barədə geniş məlumat verdi. O göstərdi ki, BMT 1999-cu ilin noyabrınanda Bonqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili günü elan edib.Sonra YUNESKO-nun Baş konfransında 21 fevral Beynəlxalq Ana dili günü münasibəti ilə üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin. Daha sonra şagirdlər ana dilinə aid mahnılar, səhnəciklər və şeirlərlə çıxış etdilər. Ana dilimizə həsr olunmuş konpozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.