"20 Yanvar - Qan yaddaşımız"

16.01.2018-ci il tarixdə Qanlı 20 yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar məktəbin ibtidai sinif müəllimi Rzayeva Gülşöhrə şagirdlərini “Şəhidlər Xiyəbanına” ziyarətə aparmışdır. Şagirdlər Qanlı 20 Yanvar gecəsində qeyrət köynəklərini qana hopduran, canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth edən şəhidlərimizin qəbirləri üzrərinə qərənfillər düzdülər. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək agrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Şəhidlər paytaxtımızın "Dağüstü park” kimi tanınan ünvanını özləri boyda möhtəşəm, əzəmətli, müqəddəs məzara - Şəhidlər xiyabanına çevirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi