Milli Dirçəliş Gününə həsr olunmuş tədbir

17 noyabr Milli Dirçəliş Günü 1988-ci ilin bu günü Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaqməti olaraq mitinq başlamışdır. Bu münasibətlə 316 sayılı orta məktəbdə tədbir keçirilmişdir. Şagirdlər həmin hadisələri qısa xronoloji ardıcıllıqla təkrar nümayiş etdirdilər. Tədbiri şagirdlər 19 noyabr 1988-ci ildə olduğu kimi meydanda ilk dəfə Azərbaycan Xalq Cumiryətinin bayrağını qaldırmaqla davam etdirdilər. Dekabrın əvvəllərində isə sovet qoşunları tərəfindən ümumxalq mitinqinin dağıdılması da uşaqlar tərəfindən nümayiş etdirildi. Sonda şagirdlər müstəqilliyimizi əks etdirən mahnılarla və rəqslərlə çıxış etdilər. Tədbir 17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə hazırladığımız slaydla tamamlandı.