Konstitusiya gününə həsr olunmuş toplantı keçirildi
316№li məktəbdə Konstitusiya gününə həsr olunmuş toplantı keçirildi. Toplantının məqsədi ibtidai sinifləri dövlətimizin əsas qanunu - konstitusiyamizda daha yaxından tanış etmək idi. Toplantıda məktəbin Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü Pərviz Zamanlı , müəllimlər və şagirdlər iştirak edirdilər. Əvvəlcə şagirdlər Konstitusiyamız haqqında və Ulu Öndərimiz Heydər Əliyevin Konstitusiyamızla bağlı fəaliyyəti haqqında danışdı. Sonra hüquqşunas Pərviz Zamanlı daha geniş məlumat verdi. Sonda 1995 -ci ildə qəbul olunmuş Konstitusiyamız haqqında video-çarx nümayiş olundu.