"18 Oktyabr Milli Müstəqillik Günü "tədbiri

17 Oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 26 -cı ildönümü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbir Dövlət Himnimizin səslənməsi ilə açıq elan olundu. Tədbirdə məktəbin müəllimləri və bir qrup sinif şagirdləri iştirak etdi. Müzakirə zamanı müstəqilliyə gedən çətin yol haqqında "Müstəqilliyimiz əbədi və dönməzdir" mövzusunda tarix müəllimi Babayev Vüsal və Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova şagirdlərə geniş məlumat verdilər. Həmçinin məktəbin direktor əvəzi Qocayebva Esmira bu mövzu haqqında şagirdləri məlumatlandırdı. Sonda müstəqillik gününə həsr olunmuş vidio slayd tədbir iştirakçılarına təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi