" Təmiz əllər həyatımızı xilas edir" devizi altında tədbir

17 oktyabr 2017-ci il tarixində Suraxanı rayonu 316 saylı tam orta məktəbdə “ Təmiz əllər həyatımızı xilas edir” devizi altında Ümumdünya təmiz əllər günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktor əvəzi Esmira Qocayeva , Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova, UBTR Babayeva Aygün, məktəbin tibb bacısı Qazıyeva Aytən müəllimlər və şagirdlər iştirak etdilər. Tədbiri məktəbin Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova açaraq bildirmişdir ki, 15 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatı , Ümumdünya Səhiyyə Təşkilatı və UNİSEF tərəfindən “Təmiz əllər həyatımızı xilas edir” devizi altında Ümumdünya təmiz əllər günü elan olunmuşdur. Bu munasibətlə məktəbimizdə “Əllərin gigiyenası” mövzusunda mühazirələr aparıldı. Ona görədə biz şagirdlər arasında maarifləndirmə işi təşkil etmişik. Mühazirəni oxumaq üçün sözü məktəbin tibb bacısına veririk. Şagirdlərə vaxtı-vaxtında əllərini yumağı , bədən gigyenasına riayət etməyi tövsiyyə etdi. Sonda məktəbin sinif rəhbərlərinə şagirdlərin əllərinə və ümumiyyətlə gigiyenalarına daha çox nəzarət etmələri tövsiyyə olundu.