"Bilik Günü" tədbiri
2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.Sentyabrın 15 –də ölkəmizdə “Təhsil ictimaiyyətinin bayramı” Bilik günü” dür. Bütün təhsil müəssələrində yeni dərs ili başlayır. Hər il olduğu kimi bu ildə məktəbimiz bu günü qeyd edir. Tədbiri Tərbiyə İşləri üzrə direktor müavini Ulduz Qasımova açıq elan edir. Himn səslənir. Məktəbin direktor əvəzi Esmira Qocayeva şagirdlərə yeni dərs ilində uğurlar və müvəffəqiyyətlər arzuladı. Dəvət olunmuş qonaqda şagirdləri təbrik etdi. Bu il məktəbimizin 70% məzunu Ali məktəblərə qəbul olublar. Onlardan ən yüksək – 691 bal toplamış Hüseynov Babəkin valideyini öz sevincini şagirdlərlə paylaşdı. Eyni zamanda məzunların üzərində əməyi olan bir neçə müəllimlərədə söz verildi. Təbii ki, hər kəsdən çox sevinən birincilərdir. Onların hazırladıqları rəqs və şeir nümunələri nümayiş olundu.Sonda ilk zəng çalınaraq şagirdlərə müvəffəqiyyətlər arzulandı. Məktəbdə ilk dərs 10 fevral 2017-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə həsr olundu.