14.06..2017-ci il tarixində "Son zəng tədbiri keçirildi"
Tədbiri Tərbiyə işləri üzrə direktor müavini Ulduz Qasımova açıq elan etdi. Dövlət Himnimiz səsləndi. İlk söz məktəbin direktor əvəzi Esmira Qocayevaya verildi. O, öz ürək sözlərini şagirdlərə bildirərək, ilin fəal müəllim və şagirdlərini Fəxri Fərmanla təltif etdi. Suraxanı Rayonun əməkdaşı çıxışında şagirdlərə ürək sözlərini deyərək onlara gələcək həyat yolunda müvəffəqiyyətlər arzu etdi. Məzunların hazırladıqları mahnı və rəqs nömrələri nümayiş olundu. Yüksək bal toplamış şagirdlərimizdə öz arzularını məzunlara bildirdilər. Sonda aşağı sinif şagirdləri məzunları təbrik edərək son zəngi səsləndirdilər.