"Dahi"

Mayın 8-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə Məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Ulduz Qasımovanın təşkilatçılığı,müəllim İsparova Gülər, Şirinova İlhamə, Cəniyeva Gülvaz, Hüseynova Səbirə, Babayeva Sevda və yuxarı sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq "Dahi" adlı geniş tədbir keçirildi.
Məktəbin akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin direktoru Yasin Quliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də Azərbaycanın inkişafında göstərdiyi misilsiz rolu haqqında danışdı.
Ulu Öndərin doğum günü münasibətilə hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş etdirildi.Tədbir şagirdlərimizin hazırladığı şeir,səhnəcik və musiqi ilə davam etdi.
Azərbaycanın müstəqilliyinin banisi, xalqımızın birliyini və qüdrətini möhkəmləndirən böyük şəxsiyyətin xatirəsini hər zaman ehtiramla anırıq.