“Heydər Əliyev və Azərbaycan tarixi”

    Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Aprelin 8-də Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” referat-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Müsabiqənin ilkin mərhələsində rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə təxminən 2 həftə ərzində 300-ə yaxın şagird məqalə hazırlamışdır. Həmin məqalələr tarix müəllimlərindən ibarət komissiya tərəfindən tam konfidensiallıq və şəffaflıq qorunaraq yoxlanılmışdır. Nəticədə 12 şagird rayon mərhələsinə keçid almışdır.Tədbirdə mövzularla bağlı videoçarx nümayiş olunub, eləcə də seçilmiş 12 şagird məqalə-yazılarını təqdim ediblər.

Sonda keçirilən referat-yazı müsabiqəsinin rayon mərhələsində fərqlənən şagirdlər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub və mükafatlandırılıblar.

Məktəbimizin 9 "A" sinif şagirdi Musayeva Fatimə Məmməd qızı " Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti"( XX əsrin əvvəlləri)mövzusunda hazırladığı referat-yazı ilə müsabiqədə uğur qazanaraq Fəxri Fərman ilə təltif olunmuşdur. Şagirdimizi və üzərində əməyi olan tarix müəllimi Aysel Kələşovanı təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi