"Mənim gələcək peşəm"

Suraxanı rayonu 316 nömrəli tam orta məktəb direktoru Yasin Quliyev, direktor müavini Fərqanə Məmmədli və psixoloq Könül Hümbətovanın iştirakı ilə IX sinif şagirdləri ilə "Mənim gələcək peşəm" mövzusunda tədbir keçirildi.Tədbir IX sinif şagirdləri, müəllimlər və valideynlərin iştirakı ilə keçirildi.Tədbirə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mütəxəssisi Alimə Qədimova dəvət olundu.Çıxış zamanı şahirdlərə düzgün ixtisas seçimi, peşəkar karyera planlamasının əhəmiyyəti,ixtisas seçimində diqqət yetirməli olan məqamlar, qəbul qaydaları və digər məsələlər diqqətə çatdırıldı.Tədbir valideyn və şagirdlərin suallarının cavablandırılması ilə davam etdi.Belə marifləndirici tədbirlərin təşkili şagirdlərin müxtəlif peşələrə olan marağının artırılmasında mühüm rol oynayır.